“Şuşadakı etiraz aksiyaları HƏRBİ-SİYASİ FAZAYA keçə bilər” – Fərhad Məmmədov

Hazırda oxunan: “Şuşadakı etiraz aksiyaları HƏRBİ-SİYASİ FAZAYA keçə bilər” – Fərhad Məmmədov

110134

Artıq altıncı gündür ki, Şuşa-Xankəndi yolunda-Sülhməramlıların nəzarət zonasında etiraz aksiyası davam edir. Aksiyaçıların cərgəsi günbəgün genişlənir. Baxmayaraq ki, aksiya iştirakçılarının əsas tələbi yerinə yetirilməyib. Lakin, aksiyalar gözlənilən beynəlxalq reaksiyalar gəlməkdə davam edir. Ən əsası erməni cəmiyyəti ciddi narahatlıq içindədir. Ermənistandakı siyasi dairələr açıq şəkildə Qarabağda baş verənlərin onların problemi olmadığını söyləyirlər.

Xankəndindəki separatçılarsa çaşqınlıq içindədir. Ruben Vardanyan dünən səhər saatlarında Xankəndində 17 dekabrda mitinq keçirmək çağırışı etdi. Lakin, az sonra Vardanyan təklifini geri götürdüyünü bildirdi. 
Bütün bunlarsa 6 gün davam edən aksiyaların konkret nəticələridir. Təbii ki, aksiyalar sonsuza qədər davam edə bilməz. Azərbaycan adekvat olaraq, növbəti etiraz və ya mübarizə fazası olaraq hansısa kontrtədbirə əl atmalıdır.

Məsələyə münasibət bildirən politoloq Fərhad Məmmədov Bizim.Media-ya açıqlamasında bunları deyib:

“Hər kəs bilir ki, 12 dekabradək, yəni aksiyaların başladığı tarixədək Laçın yolunda mənzərə başqa cür idi. Aksiyalar ən azından sülhməramlıların məsuliyyətini artırdı. İndi ermənilər daha əvvəlki kimi sülhməramlıların nəzarəti altında olan bölgədə istədiklərini edə bilmirlər. Bilirlər ki, Azərbaycan cəmiyyəti baş verənləri addım-addım izləyir və buna görə cavab verməli olacaqlar.

Ona görə də aksiyaların artıq konkret nəticələri var. İndiki halda vətəndaşlarımız istəyir ki, aksiyalar davam etsin, daha dəqiq nəticə almaq istəyirlər. Nəticələr artıq bizə diqtə edəcək ki, növbəti hansı təzyiq formaları seçilsin.
Məndə olan məlumata görə, minlərlə vətəndaş bu aksiyalara qoşulmaq istəyir. Azərbaycan hökiməti isə baş verənləri səbrlə müşahidəsi altında saxlayır. Əgər qarşı tərəfdən vətəndaşlarımıza qarşı hər hansı təxribat olarsa və ya nəzarətimiz olmayan ərazilərdə özbaşnalıqlar davam eddərsə, infrastruktur, hərbi-siyasi təzyiqlər də gündəmə gələ bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin