“Azərbaycanın müdafiəsində müxalifət - iqtidar söhbəti olmamalıdır” - Deputat

Hazırda oxunan: “Azərbaycanın müdafiəsində müxalifət - iqtidar söhbəti olmamalıdır” - Deputat

11006

“Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin mövcud vəziyyətini, reallıqlarını və ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini ortaya qoyub".

"Bu istiqamətdə Azərbaycan və Türkiyə Prezidentlərinin bilavasitə təşəbbüskarı olduqları ortaq qardaşlıq istiqamətində fəaliyyət göstərəcək media platformasının mövcudiyyəti, bununla bağlı qarşılıqlı sazişin imzalanması və bu sazişlərin parlamentdə də qüvvəyə minməsi çox böyük təsir dairəsinə sahibdir”.

 

MÖVZU İLƏ BAĞLI:

MİLLƏT VƏKİLİ: “Kəlbəcəri “məktəb müəllimlərinin” səriştəsizliyi ermənilərə təslim etmişdi”


Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Ramil Həsən bildirib. O, qeyd edib ki birgə yaradılan platforma Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasına böyük töhvələrini verəcək.

“Çox təəssüf ki, dünyada baş verən proseslərə baxdıqda, Azərbaycan və Türkiyə ilə bağlı qarayaxma kampaniyasının getdiyini görürük. Çünki Azərbaycan dövlətinin müstəqil siyasət yürütməsi, Türkiyənin güclü bir dövlət olaraq, günü-gündən yüksəlməsi bir çox qüvvələrin xoşuna gəlmir".

 

"Bu bizi gücdən salmamalıdır, əksinə Prezident İlham Əliyevin həyata keçirdiyi “hücum diplomatiyası”nı daha da geniş təbliğ etməliyik. Birmənalı olaraq, bu media sahəsində də tətbiq edilməlidir”,- deyə deputat bildirib.


Millət vəkili bu təbliğat da media qurumlarının, QHT-lərin və Azərbaycan diasporalarının fəaliyyətinin vacibliyini də vurğulayıb. 

“Bu fəaliyyətlərin sayəsində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalı və beynəlxalq arenada doğru fikir yaratmalıdır. Şübhəsiz ki, mövzu Azərbaycanın milli maraqlarının müdafiəsidirsə, bunun üçün hər bir vətəndaş ölkə daxilində olan fikir ayrılıqlarını kənara buraxıb bu missiyanı layiqincə yerinə yetirməlidirlər.

Bildiyimiz kimi yanvarın 15-də Azərbaycan dövləti hərbi və mülki cinayətlərə görə, Ermənistanı Avropa məhkəməsinə verərək, onlara qarşı iddia qaldırıb. Bu mövzuda Avropa və bir çox dünya ölkələrində fəaliyyət göstərən vəkillərimiz dəfələrlə çıxış edib”.

Ramil Həsən həmçinin qeyd edib ki, Azərbaycanın müdafiəsı üçün hər bir azərbaycanlı birgə mübarizə aparmalıdır. 

“Əgər bu məsələ Azərbaycanın üzləşdiyi işğalla bağlıdırsa, onun müdafiəsi naminədirsə artıq  burada müxalifət iqtidar söhbəti olmamalıdır".

"Biz ,Vətən müharibəsində dəmir yumruq olaraq birləşib düşmənin başını əzdiyimiz kimi, bu istiqamətdə də aktiv fəaliyyət göstərməliyik".

"Buna görə də bu istiqamətdə həm parlament, həm media, həm də xaricdə yaşayan vətəndaşlarımız və bütün Azərbaycan diasporası aktiv şəkildə iştirak etməlidir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin