“ABŞ-la Rusiya arasında bir neçə sahədə mürəkkəb vəziyyət yaranıb. İlk növbədə Ukrayına məsələləri, Rusiyanın Orta Şərqdəki əməliyyatları bu prosesdə var. Ölkənin daxilində insan hüquqları məsələsi çox vaxt ABŞ tərəfindən təzyiq vasitəsi kimi istifadə edilir".
MÖVZU İLƏ BAĞLI:
ABŞ Rusiyaya qarşı ciddi cəbhə açmaq istəyir – Co Baydenin çıxışı nə vəd edir?
"ABŞ Rusiyanı kiberhücüm vasitəsilə daxili siyasi məsələlərinə müdaxilə etdiyini iddia edir. Hazırda bunun araşdırmaları gedir, ancaq faktlat təsdiq olunmayıb”.
Bu fikirləri Milli Məslisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə ABŞ prezidenti Co Baydenin seçkilərdən sonra ölkənin xarici siyasətini əks etdirən ilk böyük çıxışını şərh edərkən deyib. Deputat həmçinin ABŞ-ın hələ bir müddətdə çıxışlarda Rusiyanı hədəfə alacağını da istisna etmir.
“Lakin Rusiya ilə ABŞ arasında olan SHS-3 müqaviləsinin müddəti 5 il müddətinə uzadılması haqqında sazişin imzalanması gözlənilir. Düşünürəm ki, bu iki dövlət arasında fikir ayrılıqları olmaqla yanaşı, eyni zamanda ölkələrin münasibətində müsbət inkişaf da olacaq".
"Xatırlamaq istəyirəm ki, ABŞ-a ən böyük təhlükə Çindən gəlir. Buna görə ABŞ Rusiyanı, İran və bir çox dövlətləri Çinlə mübarizəsində öz tərəfinə çəkməyə çalışacaq”.
Millət vəkilinin fikrincə, Co Baydenin hakimiyyəti dövründə ABŞ heç bir ölkədə hərbi əməiyyatlara başlamayacaq. O, hətta Trampın tətbiq etdiyi sanksiyaların ləğvinin də gözlənildiyini, bir çox sazişin isə yenidən bərpa olunacağını vurğulayıb.
Onun fikirncə Bayden aralarında müəyyən qədər gərginlik olan ölkələrlə münasibətlərini düzəltməyə çalışacaq.
ABŞ-la Azərbaycan münasibətlərinə gəldikdə isə A.Mollazadə:
“Vaxtıkən Co Bayden Azərbaycana qarşı tətbiq olunan 907-ci düzəlişin (1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edən düzəlişdir) iştirakçısı olub".
"Ancaq senatda təmsilçi olmaqla, ABŞ kimi böyük bir dövləti idarə etmək eyni fəaliyyət deyil. Burada dövlətin bütün maraqlarının məsuliyyətini daşımaq lazımdır.
"Çünki Azərbaycan ABŞ-nın təhlükəsizlik sahəsində tərəfdaşıdır və Azərbaycanın həyata keçirdiyi strategiya ABŞ-ın maraqlarına uyğundur. Ola bilər hansısa erməni diasporasının könlünü almaq üçün bir-iki kəlmə söz söylənilə bilər, lakin düşünmürəm ki, ABŞ-ın Azərbaycanla münasibətləri pozmaq kimi bir niyyəti olsun”,- deyə bildirib.
Vüsalə Balayeva, Bizim,Media