Laçın yolunda baş verənlər 3 SƏBƏBLƏ BAĞLIDIR

Hazırda oxunan: Laçın yolunda baş verənlər 3 SƏBƏBLƏ BAĞLIDIR

110032

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Laçın yolunda baş verənlərlə bağlı açıqlama verib. Ekspert baş verənlərin 3 səbəblə bağlı olduğunu bildirib. 

Bizim.Media-nın məlumatına görə, o, bu barədə "Facebook" hesabındakı paylaşımında qeyd edib.

Ekspert bildirib ki, əsas səbəb-ekoloji problemlər və Azərbaycan təbii ehtiyatlarının qanunsuz istismarıdır. 

“İkinci səbəb 9 noyabr bəyanatına zidd olaraq Laçın dəhlizinin hərbi məqsədlər üçün istifadəsidir. Üçüncü səbəb isə nəqliyyat dəhlizlərinin açılmasına dair 9 noyabr bəyanatında qeyd olunmuş öhdəliklərdir. Azərbaycan Laçın dəhlizini istifadəyə verib, lakin Ermənistan tərəfi müxtəlif bəhanələrlə Mehri vasitəsilə Azərbaycandan Naxçıvana dəhliz açmaqdan imtina edir”, - o deyib. 

BMTM sədri bildirib ki, Laçın yolunda baş verənlər bir sıra fundamental problemlərin olduğuna işarə edir:

“Həmin fundamental problemlər bunlardır: Sülh müqaviləsinin olmaması və danışıqlar prosesinin dalana dirənməsi, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, Qarabağdakı ermənilər arasında radikalların olması və Azərbaycanla dialoqu pozan Ruben Vardanyanın Qarabağa gəlişi, geosiyasi aktorlar... 
Artıq hər kəs anlamalıdır ki, problem Qarabağ yenidən Azərbaycanın inzibati nəzarətinə keçməsindən sonra tam olaraq həll oluna bilər. Əvvəl-axır bu baş verəcək. Ərazi bütövlüyünə qarşılıqlı hörmət olmadan sülh və təhlükəsizlikdən söhbət gedə bilməz” - deyə Şəfiyev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin