Rusiya Xarici İşlər Nazirliyinin sözçüzü Mariya Zaxarova keçirdiyi brifinqdə Moskvanın Laçın dəhlizində cərəyan edən prosesdən narahat olduğunu bildirib:
“Rusiya orada tamhüquqlu nəqliyyat əlaqələrinin yaxın gələcəkdə bərpa olunacağını gözləyir.
Biz Laçın dəhlizinin bağlanmasından narahatıq, buna tərəflər arasında filiz yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqları səbəb olub”.
XİN sözçüsü xüsusi olaraq qeyd edib ki, Rusiya haradan olmasından asılı olmayaraq Rusiya sülhməramlılarına qarşı əsassız iddiaları təxribat xarakterli hərəkətlər hesab edir.
Bizim.Media-ya açıqlamasında politoloq Taleh Əliyev bildirir ki, Azərbaycan vətəndaşlarının Laçın-Xankəndi yolunda keçirdiyi dinc aksiyanın Zaxarova tərəfindən Rusiya sülhməramlılarına qarşı yönələn təxribat hərəkəti kimi dəyərləndirilməsi doğru yanaşma deyil:
“Bu aksiya heç bir halda sülhməramlılara qarşı yönəlməyib. Azərbaycan tərəfinin verdiyi açıqlamada göstərilir ki, Qarabağdakı qondarma rejim ölkəmizin təbii sərvətlərini qeyri-qanuni formada talamaqla məşğuldur. Təəssüf ki, sülhməramlı qüvvələr də buna şərait yaradır və sərvətlərimiz İrəvana daşınır. Sülhməramlıların komandanı Volkovla görüşdə Azərbaycan tərəfinin ərazidə monitorinq keçirməsinə razılıq verilsə də, sonradan bir qrup erməni təxribatçıların Azərbaycan nümayəndə heyətinin qarşısına çıxarılaraq, əngəl yaratmaları hazırkı situasiyanın yaranmasına səbəb oldu. Azərbaycan ictimaiyyəti də məsələyə qanuni formadan istifadə etməkdə etirazını bildirir”.
Həmsöhbətimiz qeyd edir ki, sülhməramlı qüvvələrin fəaliyyətinin əngəllənməsi ilə bağlı hər hansı bir narahatçılığa heç bir əsas yoxdur:
“Əksinə, Azərbaycan vətəndaşları sülhməramlı qüvvələrə isti çay da təklif edir. Rusiya məsələnin tezliklə həllinə istəyirsə, Azərbaycan nümayəndə heyətilə razılaşdırılan monitorinqlərin keçirilməsinə imkan yaratsın. Rusiya tərəfi yaxşı olar ki, 10 noyabr bəyanatında əks olunan bəzi müddəaların bu günədək icra olunmamasına diqqət yetirərək, ermənilərdən onların icrasını tələb etsin. Birtərəfli qaydada ermənipərəstlik etmək doğru yanaşma deyil”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:30 / 16.12.2022
Zaxarovanın narahatçılığı nədir? – Çarəsini AZƏRBAYCAN BİLİR
Hazırda oxunan: Zaxarovanın narahatçılığı nədir? – Çarəsini AZƏRBAYCAN BİLİR
Hazırda oxunan: Zaxarovanın narahatçılığı nədir? – Çarəsini AZƏRBAYCAN BİLİR
109981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.