“Bu gün vətəndaşlarımızın xüms adlanan zəkatı xarici ölkələrə, xüsusən də, İrana göndərilməsi ilə bağlı ciddi iddialar var”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Ceyhun Məmmədov səsləndirib.
“İran ölkəmizdə böyük agentura şəbəkəsi yaradıb. Digər tərəfdən, ölkəmizdə yaşayan dindarların xaricdən maliyyələşdirilməsi məsələsi var. Əvvəllər quru sərhədlərin açıq olması sərhədi keçib, xarici banklardan lazımi vəsaitləri götürməyə imkan verirdi. İndi bu mümkün olmasa da, yenə də xaricdən maliyyələşmə digər yollarla davam edir”, - deyə deputat əlavə edib.
C.Məmmədov vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini qrupların maliyyələşdirilməsi mexanizmləri ciddi nəzarətdə saxlanılmalı və qeyri-qanuni maliyyələşmənin qarşısı alınmalıdır.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:10 / 16.12.2022
“İran ölkəmizdə böyük agentura şəbəkəsi yaradıb” – DEPUTAT
Hazırda oxunan: “İran ölkəmizdə böyük agentura şəbəkəsi yaradıb” – DEPUTAT
Hazırda oxunan: “İran ölkəmizdə böyük agentura şəbəkəsi yaradıb” – DEPUTAT
109975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.