“Ermənilərə hərbi yolla cavab verə bilərik” – Sabir Rüstəmxanlı 

Hazırda oxunan: “Ermənilərə hərbi yolla cavab verə bilərik” – Sabir Rüstəmxanlı 

109928

“Bütün xalq Laçın yolundakı aksiyaçıların yanındadır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Aksiya keçirilən ərazidən XƏBƏR VAR - Sülhməramlıların maşınları Xankəndi və əks istiqamətdə hərəkət edir – VİDEO


“2 ildir ki, sülhməramlılar Qarabağda ermənilərlə bir yerdədirlər. Bizim məcburi köçkünlərimiz həmin ərazilərdə olmadıqları üçün onlar bizim vətəndaşlarla ilk dəfə təmasa keçirlər. Bir neçə gündür ki, erməni mətbuatı aksiyamıza “humanitar soyqırımı” adı yapışdırırlar.

Onlar unudurlar ki, Naxçıvanla 30 ildir ki, quru yolu bağlıdır. Necə olur ki, bunu dünyaya çatdıra bilmirik, amma 50-60 min erməni səsini eşitdirməyi bacarır?

Biz Laçın yolu üzərində gömrük və sərhəd nəzarətinin qurulmasını tələb etməliyik. Əgər ermənilər 2020-ci ilin 10 noyabr bəyanatını qəbul etmirlərsə, deməli onlar münaqişənin bitdiyini də qəbul etmirlər. Ona görə də, biz onlara hərbi yolla cavab vermək imkanına malikik”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin