Xəbər verdiyimiz kimi xarici işlər naziri Ceyhun Bayramov son dövrlər gündəm olan bəzi məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.
Bizim.Media xəbər verir ki, nazir Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə təbii qazın Azərbaycan tərəfindən kəsilməsi ilə bağlı açıqlamaları feyk adlandırıb.
O, “Azəriqaz”ın bununla bağlı açıqlama yaydığını xatırladıb.
“Problem varsa, araşdırılmalı və qarşısı alınmalıdır. Azərbaycan tərəfi problem yaratmayıb. Hava şəraiti sərt keçən digər ərazilərimizdə də qaz təchizatı ilə bağlı problem yaşanıb. Bu, yeni hal deyil. Əgər yerli əhali ilə dövlət qurumları arasında əlaqə olsa idi, məsələ vaxtında həll olunardı. İndi onlar dramatizmi artırmaq üçün Azərbaycan tərəfi ilə ünsiyyətdən yayınırlar”, - nazir vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:20 / 15.12.2022
“Ermənilər dramatizmi artırmaq üçün bizimlə ünsiyyətdən yayınırlar” – Ceyhun Bayramov
Hazırda oxunan: “Ermənilər dramatizmi artırmaq üçün bizimlə ünsiyyətdən yayınırlar” – Ceyhun Bayramov
Hazırda oxunan: “Ermənilər dramatizmi artırmaq üçün bizimlə ünsiyyətdən yayınırlar” – Ceyhun Bayramov
109831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.