ABŞ rəsmisinə CAVAB: “Laçın yolunda baş verənlər unikal fürsətdirsə, təzyiqi artıra bilərik”

Hazırda oxunan: ABŞ rəsmisinə CAVAB: “Laçın yolunda baş verənlər unikal fürsətdirsə, təzyiqi artıra bilərik”

109791

ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Karen Donfrid Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə çıxışı zamanı bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh prosesini təşviq etmək üçün unikal fürsət görür.

O, Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla oktyabrda baş tutan görüşdə iştirakını Rusiyanın sülhün nizamlanmasındakı roluna töhfə kimi də qiymətləndirib.

Görəsən, Donfrid sülh prosesinin təşviqi üçün unikal fürsəti görür deyərkən nəyi nəzərdə tutub?

Bizim.Media-ya açıqlamasında politoloq İlqar Vəlizadənin fikrincə Donfridin həmin açıqlaması məntiqsiz bir açıqlamadır:
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın ikibaşlı siyasətinin PƏRDƏARXASI: “Dinmə ver, amma haqqını tələb eləmə”


“ABŞ-ın məsələyə münasibətdə öz məntiqi var. Donfrid bu açıqlamanı Laçın dəhlizində cərəyan edən gərginlik fonunda səsləndirib. Təəssüf ki, unikal fürsət dedikdə ABŞ rəsmilərinin konkret nəyi nəzərdə tutduqlarını dəqiq demək çətindir.

ABŞ Laçın dəhlizində yaşanan gərginlik fonunda belə bir açıqlama verilirsə, məntiqlə düşünmək olar ki, gərginlik olmasaydı unikal fürsətlər də yaranmazdı. Belədə, unikal fürsətlərin yaranması üçün basqılar lazımdırsa, Azərbaycan təzyiqi daha da çoxalda bilər ki, həmin unikal fürsət daha da artsın”.

Zərdüşt Əlizadə isə düşünür ki, Donfridin sözügedən açıqlamasının arxasında tərəflərə ikili formatda, müstəqil şəkildə qərar qəbul etməklə münaqişəyə son vermək təklifi dayanır:

“Unikal fürsəti gördüyünü deməklə ABŞ rəsmisi proses ətrafında mövcud gerçəklikləri nəzərə alıb, sülhə doğru ciddi bir irəliləyişin olduğunu nəzərdə tuta bilər. Bu baxımdan Donfrid haqlıdır. Onun bu açıqlamasının arxasında Azərbaycan və Ermənistanın xaricdən asılı olmadan müstəqil şəkildə qərar qəbul edərək, münaqişəyə son qoymaq təklifi dayanır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin