İsrail Azərbaycan ərazisindən İrana hücum edə bilməz - Xəzər İbrahim

Hazırda oxunan: İsrail Azərbaycan ərazisindən İrana hücum edə bilməz - Xəzər İbrahim

109787

“Azərbaycanlılardan heç vaxt başqa ölkəyə qarşı istifadə olunmayacaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim səsləndirib və İrandakı nüvə obyektlərinə hücum etmək üçün İsrailin Azərbaycandakı bazalardan istifadə edəcəyi ilə bağlı yayılan informasiyaları təkzib edib.

X.İbrahim vurğulayıb ki, Azərbaycan başqa dövlətlərin məqsədləri naminə öz beynəlxalq reputasiyasını məhv etməyəcək.

“Azərbaycan beynəlxalq əlaqələr üçün etibarlı beynəlxalq tərəfdaşdır. Yaxşı münasibət qurmaq istəyən ölkələrlə həmrəyik.

Azərbaycan heç vaxt başqa ölkəyə qarşı hüquqa zidd olan addım atmaz. Biz çox qürur duyuruq ki, torpağımızda xarici hərbi baza yoxdur, müstəqil xarici və təhlükəsizlik siyasətimiz var”, - deyə səfir əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin