Laçın yolundakı aksiyanın YENİ ŞÜARI: "Azərbaycan oyaqdır, sərhədçisinə dayaqdır" - VİDEO

Hazırda oxunan: Laçın yolundakı aksiyanın YENİ ŞÜARI: "Azərbaycan oyaqdır, sərhədçisinə dayaqdır" - VİDEO

109772

Xəbər verdiyimiz kimi, artıq 4-cü gündür ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, aksiyaçılar dünən Kəlbəcərdə baş verən mina terrorundan sonra daha böyük coşqu ilə aksiyanı davam etdirir. Ötən günlərdən fərqli olaraq bu gün fəallar yeni şüarlar da səsləndirib.

Belə ki, onlar "Azərbaycan oyaqdır, sərhədçisinə dayaqdır", "Vardanyan rədd ol, Arutyunyan rədd ol" şüarları səsləndirib, həmçinin Azərbaycan-Ermənistan sərhədində gömrük postunun qoyulmasını tələb ediblər.
Hazırda dinc aksiya davam edir. Bundan başqa aksiyada iştirak etmək üçün ölkənin müxtəlif bölgələrindən olan könüllülər meydana toplaşır.

Bir daha bildirilib ki, tələblər yerinə yetirilənə qədər aksiya davam edəcək.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir.

Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə baş tutur.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin