"Aİ ilə Azərbaycan arasında bir sıra rekordlara imza atılıb" – SƏFİR

Hazırda oxunan: "Aİ ilə Azərbaycan arasında bir sıra rekordlara imza atılıb" – SƏFİR

109712

"Bu il Aİ və Azərbaycan arasında əməkdaşlıqda bir sıra rekordlara imza atmışıq. Bu yalnız iqtisadi, ticarət sahələrini əhatə etmir, təhsil sahəsində də böyük nailiyyətlər əldə etmişik".

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Aİ səfiri xatırladıb ki, Avropa İqtisadiyyat və İnvestisiya Planı çərçivəsində 2 milyard avro civarında maliyyə vəsaitinin səfərbər olunması nəzərdə tutulub. Bu Planın əsas məqsədi yeni iş yerləri, iqtisadiyyatın şaxələndirilməsi, “yaşıl iqtisadiyyat”a keçidlə rifaha təkan vermək, iqtisadi böyüməni gücləndirməkdir.
Diplomat qeyd edib ki, bu Plandan irəli gələrək Aİ Azərbaycan Hökuməti ilə sıx işləyəcək: “Plan üzrə İşçi qrup təşkil edilib. Bu yüksək səviyyəli İşçi qrup fəal şəkildə koordinasiya şəraitində işləyəcək. Plan üzrə bir neçə layihənin icrasına başlanılıb”.

Aİ rəsmisi Gəncədə həyata keçirilən layihə və kənd yerlərində yüksək surətli internetin çəkilməsi ilə bağlı “Aztelekom”la əməkdaşlıq edildiyini vurğulayıb.

Səfir Mixalko dekabrın əvvəllərində Bakı Limanında başladılan layihə barədə də məlumat verib:

“Məqsədimiz odur ki, Bakı Limanını regionda qovşağa çevirək və regionda ilk “yaşıl liman”a çevrilməsinə dəstək verək. Ticarət mübadiləsi sahəsində əməkdaşlığının genişlənməsi gözləyirik. Aİ Azərbaycanın əsas iqtisadi tərəfdaşıdır və Azərbaycanda istehsal olunan malların yarıdan çoxu Avropa bazarına çıxarılır”.

Səfir enerji sahəsində vacib əməkdaşlığın olduğunu vurğulayıb. O deyib ki, Avropa Azərbaycanın qeyri-neft sektorunun dəstəklənməsində iştirak edir.

Diplomat xatırladıb ki, bu ilin iyulunda Aİ və Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb ki, bu sənəd Azərbaycandan qaz ixracının iki dəfə artırılmasını, eyni zamanda, bərpa olunan enerji mənbələrindən istifadə və bu sahədə əməkdaşlığı ehtiva edir.
“Bu memorandum enerji təhlükəsizliyi məsələlərini də təmin edir. Bu sənəddə alternativ enerji mənbələrində istifadə də nəzərdə tutulub”, -Mixalko deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin