ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıqda maraqlıdır

Hazırda oxunan: ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıqda maraqlıdır

109661

“Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq bizim milli təhlükəsizlik prioritetlərimizi dəstəkləyir”. 

Bizim.Media xəbər verir ki bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı deyib. 

“Azərbaycanla əməkdaşlıqda biz ikitərəfli prioritetlərimizi daha da irəli aparmağa sadiqik. Bu, təhlükəsizliyi, iqtisadi inkişafı, demokratiya və insan haqlarını əhatə edir. Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq bizim milli təhlükəsizlik prioritetlərimizdəndir. Azərbaycan regionda enerji təchizatının təhlükəsizliyi və şaxələndirilməsində çox vacib rol oynayır və illərdir ki, bu sahədə biz Azərbaycanla tərəfdaşlıq edirik”. 
ABŞ dövlət katibinin müavini demokratiya və insan haqları ilə bağlı əməkdaşlığa toxunaraq deyib ki, ölkəsi Azərbaycanda insan haqlarının müdafisəini həmişə təşviq edib və bunu davam etdirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin