Fərhad Məmmədov: “Bu gün çox vacib məsələlərin nöqtəsi qoyulacaq”

Hazırda oxunan: Fərhad Məmmədov: “Bu gün çox vacib məsələlərin nöqtəsi qoyulacaq”

109530

“Bir ildən artıqdır ki, bu sammitə hazırlıq gedir”.

Bunu Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünü Bizim.Media üçün şərh edən politoloq Fərhad Məmmədov söyləyib.

O əlavə edib ki, Mərkəzi Asiyada artlq elə bir dövlət qalmayıb ki, Azərbaycan və Türkiyə ilə birgə 3 tərəfli formatda münasibətlər qurmasın:

“Türkmənistan da özünəməxsus bir dövlətdir. Konstitusiyasına görə neytral dövlətdir. Lakin, onu Azərbaycanla və Türkiyə ilə əməkdaşlığa sövq edən bir çox amillər var. Bu həm siyasi, həm də iqtisadi faktorlarla bağlıdır”.

Fərhad Məmmədov onu da qeyd edib ki, 44 günlük müharibədən sonra Xəzər dənizindəki “Dostluq” yatağını birgə istismar etmək üçün Azərbaycanla Türkmənistan razılığa gəlib:

“Həm bu layihənin reallaşmasına, həm də Azərbaycanın Gürcüstandan və Türkiyədən Avropaya gedən hazır qaz dəhlizinə Türkmənistanın ehtiyacı var. Neft daşımaları üçün də dəhliz mövcuddur. Bu və digər dəhlizlər Türkmənistan üçün də çox cəlbedicidir. Üstəlik, son dönəmlərdə Azərbaycan Avropa ilə Asiya arasında ən sərfəli enerji dəhlizinə çevrilməkdədir. Ən əsası Cənubi Qafqaz beynəlxalq sanksiyaların olmadığı bir bölgədir. Ona görə də Türkmənistan həm öz karbohidrogen eytiyatlarını, həm də Şərqdən gələn yüklərin Avropaya çatdırılması üçün Azərbaycanı ən ideal tranzit ölkəsi kimi görür. Təbii ki, bu məqsədlərə çatmaq üçün birgə fəaliyyət çox vacibdir. Bu mənada 3 dövlət başçısının Zirvə görüşü çox əlamətdardır və bu cün çox vacib məslələrin nöqtəsi qoyulacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin