Sülhməramlılar Laçın dəhlizi ilə hərəkətin bərpası üçün DANIŞIQLAR aparır

Hazırda oxunan: Sülhməramlılar Laçın dəhlizi ilə hərəkətin bərpası üçün DANIŞIQLAR aparır

109417

Rusiya sülhməramlı kontingentinin komandanlığı Xankəndi-Gorus yolunda hərəkətin bərpası ilə bağlı Azərbaycan nümayəndələri ilə danışıqlar aparır.  

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb. 

Danışıqların təfərrüatları barədə hələ ki, məlumat verilməyib. 

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin