Laçın yolundan SON MƏLUMAT: “Atan kazaklardır...”

Hazırda oxunan: Laçın yolundan SON MƏLUMAT: “Atan kazaklardır...”

109339

Azərbaycanın Qeyri-Hökumət Təşkilatı nümayəndələrinin Laçın yolunda ekoloji terrorra son qoyulması, “Dəmirli və “Qızılbaş” yataqlarında monitorinq keçirilməsinə icazə verilməsi tələbilə dünən başlayan etiraz aksiyası davam edir.

Mövcud durumda vəziyyətin nə yerdə olduğunu bilmək üçün Bizim.Media saytı olaraq prosesdə iştirak edənlərlə əlaqə saxladıq.

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə yaxın saatlarda könüllülərin də aksiyaya qoşulacağını bildirir:

“Dünən saat 10.30-dan bu dəqiqəyə qədər aksiyanı davam etdiririk. Ekoloji terrorun pislənilməsilə bağlı səsləndirdiyimiz şüarlar və plakatlar azərbaycan, ingilis və rus dillərindədir. Xeyli sayda QHT nümayəndəsi var. Könüllülər də müraciət ediblər. Onların da yaxın vaxtlarda tədbirə qoşulmaları gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

Maksim Şevçenko: "Qarabağın hər kvadratmetri Azərbaycanındır" - MÜSAHİBƏ


Sülhməramlılar Azərbaycan ərazisində olan “Dəmirli” və “Qızılbulaq” yataqlarında dövlətin rəsmi qurumları və müstəqil ekoloqların monitorinq keçirmələrinə şərait yaratmırlar. Yollar rus sülhməramlılarının hərbi zirehli maşınları tərəfindən iki istiqamətdə, həm Laçından gələn, həm də Xankəndiyə gedən istiqamətdə bağlanıb.

Yəni, “atan kazaklardır”, aksiyaçılar isə ortada dayanaraq etiraz edir, nəqliyyatın fəaliyyətinə heç bir süni maneə yaratmamışıq. Ötən sutkada bir neçə dəfə gərgin anlar yaşandı. Sülhməramlılar aksiya iştirakçılarının üzərinə addım-addım irəliləməklə müəyyən təzyiqlər ediblər. Amma hələlik hər hansı bir insident baş verməyib.

Aksiyanın dağıdılacağı ilə bağlı da hələlik bizə heç bir xəbərdarlıq edilməyib. Bu mənada sülhməramlıların aksiyanı dayandırmaq üçün günortaya qədər vaxt vermələri barədə erməni mənbələrinin məlumatları yalandır. Rus sülhməramlılarının Azərbaycan torpağında bu ölkənin vətəndaşlarına hər hansı bir xəbərdarlıq etmək ixtiyarları da yoxdur. Sülhməramlıların rəhbəri nümayəndələrimizlə görüşüb, tələblərimizi dinləyənədək aksiya davam edəcək”.

Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Fədai isə qeyd edir ki, rus sülhməramlıları gecə saatlarında özlərilə aksiya iştirakçıları arasında səd çəkiblər:

“Aksiya davam edir. Prosesə yeni nümayəndələr də qoşulur. Hətta media da bir-birini əvəz edir. Əhval-ruhiyəmiz yüksəkdir. Tələblərimiz ekoloji terrora son qoyulması və ekoloqların monitorinq keçirməsinə icazə verilməsilə bağlıdır.

Həmçinin, rus sülhməramlıların komandanı Volkovun gəlməsi tələb olunur. O, gəlməyincə, tələb yerinə yetirilməyincə aksiya davam edəcək. Hələlik proses təxribatsız ötüşür. Rus sülhməramlıları hətta suallara reaksiya vermir. Onların da dəstələri bir-birini əvəz edir. Hətta sülhməramlılar gecə saatlarında özlərilə aksiya iştirakçıları arasında səd də də çəkiblər.

Burada çalışan türk şirkətləri də bizə öz xidmətlərilə dəstək göstərir, vətəndaşlara isti çay paylayırlar. Eyni zamanda, burada çalışan şirkətlərdən birinin azərbaycanlı əməkdaşları da bizə dəstək olurlar”.
Yazıçı-jurnalist Tural Cəfərovun (Qan Turalı) fikrincə aksiya mühüm siyasi-tarixi əhəmiyyətə malik bir aksiyadır:

“Artıq 30 saata yaxındır ki, aksiyamız davam edir. Tələblərimizdə qətiyyətliyik və sona qədər dayanacağıq. Hələlik sülhməramlıların rəhbəri Volkov görüş tələbimizə cavab verməyib. Keçirilən aksiyanın siyasi-tarixi əhəmiyyətinə gəldikdə, artıq 1992-ci ildən bu yana ilk dəfədir ki, Laçın koridoru 30 saatdır ki, həm də Azərbaycanın nəzarəti altındadır. Aksiyada ciddi fəallıq var. Könüllülərin axını davam dir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin