İlham Əliyev “Dostluq” ordenini BP-nin regional prezidentinə təqdim etdi

Hazırda oxunan: İlham Əliyev “Dostluq” ordenini BP-nin regional prezidentinə təqdim etdi

109333

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 13-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Bizim.Media xəbər verir ki, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Azərbaycan Dövlət Neft Şirkətinin - SOCAR-ın prezidenti Rövşən Nəcəf dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat veriblər, videoçarx nümayiş olunub.
 

MÖVZU İLƏ BAĞLI:

“Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq bloku dənizə yola salındı - İlham Əliyev mərasimdə iştirak etdi


Bildirilib ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır.

Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində, ümumilikdə, 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Bu layihə çərçivəsində dənizdə suyun dərinliyi təxminən 140 metr olan sahəsində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq.

Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.

“Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Bu qurğuya biri suvurma, biri neft ixracı, biri də qaz ixracı üçün nəzərdə tutulmuş üç dik boru daxildir. Dayaq bloku suyun 137 metr dərinliyində quraşdırılacaq.
Tədbirdə Prezident İlham Əliyev “Dostluq” ordenini BP-nin regional prezidenti Qəri Counza təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin