“Mediamızın keyfiyyətinin artırlmasına ciddi ehtiyac var” – Cavanşir Feyziyev 

Hazırda oxunan: “Mediamızın keyfiyyətinin artırlmasına ciddi ehtiyac var” – Cavanşir Feyziyev 

10917

“Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ardıcıl, fasiləsiz və sistemli yanaşma tələb edən bir fəaliyyətdir. Bu fəaliyyət müharibədən əvvəl nə qədər vacib idisə, qələbədən sonra da bir o qədər aktuallığını saxlayır.

Xüsusilə işğal etdikləri ərazilər əllərindən çıxdıqdan sonra ermənilər ölkəmizə qarşı qarayaxma kampaniyasını daha da genişləndirib və beynəlxalq təşkilatlarda və mediada Azərbaycana qarşı çoxsaylı böhtan xarakterli iddialar irəli sürürlər”.

 

MÖVZU İLƏ BAĞLI:

Cavanşir Feyziyev: “Azərbaycan qlobal güclərin oyun qaydalarını pozdu”


Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Cavanşir Feyziyev bildirib.

Onun sözlərinə görə, hazırda müharibədə məğlub olan düşmən bütün yollara əl ataraq informasiya müharibəsində üstünlük əldə etməyə çalışır. 

“Ona görə də biz bu cəbhədə də bir an belə dayanmamalıyıq, və düşmən həmlələrinə layiqincə cavab verməliyik”,- deyə o qeyd edib.

Millət vəkili həmçinin Azərbaycanın bütün diplomatik üsul və vasitələrlə, o cümlədən parlament diplomatiyası vasitəsilə erməni saxtakarlığını və yalanlarını hər zaman ifşa etdiyini də qeyd edib.

“Artıq ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi sahələrdə vəziyyəti və eləcə də bölgələrimizdə baş verən bütün hadisələri analitik təhlilə cəlb edən beyin mərkəzlərimiz formalaşmaqdadır".

"Onlar tərəfindən hazırlanan hesabatlar da Azərbaycan reallıqlarının olduğu kimi təqdim olunmasına və yayılmasına xidmət edir”. 

Sonda C.Feyziyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolundan da danışıb.

“Hazırda milli mediamız ölkəmizdə baş verən hadisələr fonunda təkmilləşmə mərhələsini yaşayır. Biz bu müsbət tendensiyanı son illər daha çox müşahidə edirik. Lakin Azərbaycan mediasının beynəlxalq KİV ilə əməkdaşlığının və keyfiyyətinin artırlmasına ciddi ehtiyac var.

Düşünürəm ki, tezliklə bu sahədə yeni yaranmış Media İnkişaf Agentliyi öz töhfəsini verəcək”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin