Müdafiə naziri Zakir Həsənov Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirib.
İclasda döyüş növbətçiliyi və gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunması, şəxsi heyətin ideoloji iş və mənəvi-psixoloji təminatının daha da gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Nazir tərəfindən xidməti müşavirə zamanı azad edilmiş ərazilərdə görülən mühəndis tədbirlərinə dair konkret tapşırıqlar verilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:28 / 10.12.2022
Sülhməramlıların yerləşdiyi ərazilərdə nəzarət gücləndirilsin - RƏSMİ
Hazırda oxunan: Sülhməramlıların yerləşdiyi ərazilərdə nəzarət gücləndirilsin - RƏSMİ
Hazırda oxunan: Sülhməramlıların yerləşdiyi ərazilərdə nəzarət gücləndirilsin - RƏSMİ
108914
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.