Azərbaycan-Avropa Şurası əməkdaşlığının 20 illiyi qeyd edilib - FOTO 

Hazırda oxunan: Azərbaycan-Avropa Şurası əməkdaşlığının 20 illiyi qeyd edilib - FOTO 

108839

9 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, ADA Universiteti və Avropa Şurasının Bakı Ofisinin birgə təşkilatçılığı ilə “Avropa Şurasının hekayəsini danışaq: Avropa Şurası həftəsi vasitəsilə görüntünün artırılması” adlı təşəbbüs çərçivəsində “Azərbaycan Respublikası və Avropa Şurası arasında əməkdaşlığın 20 illiyi”nə həsr olunmuş dəyirmi masa təşkil olunub. Tədbir zamanı, həmçinin təşkilatla əməkdaşlığı əks etdirən foto-sərgi nümayiş etdirilib.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tədbirin açılışında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko çıxış edib, Avropa Şurasının Baş katibinin müavini Byorn Bergenin video-müraciəti səsləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Avropa Şurası əməkdaşlığına dair yeni fəaliyyət planı hazırlandı


Dəyirmi masada Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq üzrə Fəaliyyət Planları, habelə digər birgə proqramlar çərçivəsində həyata keçirilən layihələr barədə məlumat təqdim olunub.

Avropa Şurasının Azərbaycan üzrə 2022-2025-ci illəri əhatə edəcək Fəaliyyət Planında əməkdaşlığın yeni prioritetləri sırasına süni zəka, ətraf mühitin qorunması, dözümlülüyün təşviq edilməsi və ayrı-seçkiliyin qarşısının alınması, insan alveri və narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə kimi sahələrin əlavə edildiyi çıxışlarda qeyd olunub. 

İnsan hüquqları və əsas azadlıqların qorunmasının Azərbaycan Hökumətinin gündəliyində duran əsas istiqamətlərdən biri olduğu vurğulanıb.

Azərbaycanın bu sahədə vacib beynəlxalq sənədlərə qoşulmaqla və milli qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmaqla yanaşı, ölkədə qanunun aliliyinin təmin olunması sahəsində son illər ərzində çoxsaylı mühüm addımlar atıldığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin