Dekabrın 9-da Moskva şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib.
Müdafiə Nazirliyindən Bizim.Media-a verilən məlumata görə, iclasda nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov çıxış edərək Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər barədə ətraflı məlumat verib.
İdarə rəisi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və orada bərpa işlərinin aparılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərimizdə erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar səbəbindən bərpa işləri ləngiyir.
Münaqişə bitəndən indiyədək 268 azərbaycanlının bu minalardan həlak olduğu və yaralandığı diqqətə çatdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:29 / 09.12.2022
“Ermənilərin basdırdığı minalar bərpa işlərini ləngidir” – Generalımız Moskvada çıxış etdi
Hazırda oxunan: “Ermənilərin basdırdığı minalar bərpa işlərini ləngidir” – Generalımız Moskvada çıxış etdi
Hazırda oxunan: “Ermənilərin basdırdığı minalar bərpa işlərini ləngidir” – Generalımız Moskvada çıxış etdi
108819
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.