“Albaniya ilə fəal dialoqu davam etdirəcəyik” – Prezident

Hazırda oxunan: “Albaniya ilə fəal dialoqu davam etdirəcəyik” – Prezident

108522

“Albaniyaya səfərim zamanı mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm. Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik”.

Bizim.Media xəbər verir ki, bu fikirləri dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin Albaniyanın Baş naziri ilə təkbətək görüşü oldu - FOTO-VİDEO


“Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər. Mənim rəsmi səfərimin nəticələri olduqca müsbətdir. Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır. Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir.

Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq”, deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin