2000 - 2005-ci illərdə Latviyada və Estoniyada, 2010 - cu ildənsə Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olan Tofiq Zülfüqarovun prezident İlham Əliyevin dünənki sərəncamı ilə digər 6 səfir, iki baş konsulla birlikdə geri çağırılması diplomatik qaynaqlardan verilən rəsmi məlumatlarda iddia olunduğu kimi heç də sadəcə rotasiya məsələsi deyil.
Belə ki, ola bilsin geri çağırılan həmkarlarından fərqli olaraq Tofiq Zülfüqarova ümumiyyətlə növbəti dəfə etimad göstərilməsin və o sadəcə politoloq kimi Azərbaycan mediasına açıqlamalar verməklə kifayətlənməli olsun.
Bununla bağlı adının çəkilməsini istəməyən mötəbər mənbədən Moderator.az - a daxil olan məlumata görə onun fəaliyyəti Bakıda qənaətbəxş hesab edilmirmiş və bu azmış kimi bu günlərdə ANS prezidenti Vahid Mustafayevin Estoniyadakı film festivalından qəzəbli qayıdaraq "Hesabat" proqramında səfiri necə deyərlər, quru yuyub yaş sərməsi ondan xəbər verirdi ki, onunla bağlı artıq qərar verilib və tezliklə Tofiq Zülfüqarov diplomatik fəaliyyətə birdəfəlik son vermək zorunda qalacaq.
İddialara görə, onun saymazyana davranışı o qədər əndazəni aşıbmış ki, ANS rəhbərliyi bu etirazı təkcə efirdə səsləndirmklə kifayətlənməyib, həm də dövlət başçısı səviyyəsində məsələyə müdaxilə edilməsi xahiş olunub. Nəticədə prezident Tofiq Zülfüqarovu birdəfəlik geri çağırmaq qərarına gəlib...































































































