Sahibə Qafarova Türkmənistanın Milli Qenqeşi Məclisinin sədri ilə görüşüb - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Türkmənistanın Milli Qenqeşi Məclisinin sədri ilə görüşüb - FOTO

108412

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Qenqeşi Məclisinin sədri Gülşat Məmmədova ilə görüşüb.  

Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Milli Qenqeşi Məclisinin sədri G.Məmmədova beynəlxalq parlament təşkilatlarında səmərəli əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

O, Azərbaycan Milli Məclisi sədrinin bu səfərinin parlamentlərimiz arasında mövcud olan münasibətlərin daha da genişlənməsinə xidmət edəcəyini vurğulayıb. 

Milli Məclisin sədri S.Qafarova qeyd edib ki, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri inkişaf edir. Bildirilib ki, parlament komitələri arasında əməkdaşlıq əlaqələrə töhfə verə bilər. 

Gülşat Məmmədova ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin iyun ayında keçirilmiş Bakı Konfransında görüşünü məmnunluqla xatırlayan spiker Sahibə Qafarova qeyd edib ki, ikinci konfransın gələn ilin martında Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində Manamada keçirilməsi nəzərdə tutulur.
O diqqətə çatdırıb ki, hazırda Parlament Şəbəkəsi çərçivəsində bir sıra məsələlər üzərində işlər davam edir. Bunlardan biri Şəbəkənin beynəlxalq aləmdə daha geniş şəkildə tanıdılması, digər parlament təşkilatları ilə əlaqələrinin genişləndirilməsidir.

O, görülən təşkilati işlər barədə məlumat verib. 

Görüşdə Milli Məclisin sədri hazırda regionda gedən proseslər, post-münaqişə dövründə Azərbaycanın daimi sülh və təhlükəsizliyin təmin olunması istiqamətindıə təşəbbüsləri, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük quruculuq və bərpa işləri, həmçinin, Ermənistan tərəfindən törədilən sülh prosesinə maneə təşkil edən siyasi və hərbi təxribatlar barədə geniş məlumat verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin