Azərbaycanlı əsirlərə qarşı cinayət törədən erməni hərbçilərlə bağlı VACİB XƏBƏR 

Hazırda oxunan: Azərbaycanlı əsirlərə qarşı cinayət törədən erməni hərbçilərlə bağlı VACİB XƏBƏR 

108312

“Təxribatçı erməni hərbi qulluqçularının və qanunsuz silahlı birləşmə üzvlərinin əsir və girov götürülmüş soydaşlarımıza qarşı törətdikləri cinayətlərə görə cinayət prosessual qanunvericiliyin yaratdığı imkanlar çərçivəsində və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətli işlər görülüb”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Baş prokurorun müavini Heydər Məmmədov “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, 30 il öz doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi, onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, eləcə də erməni vandalları tərəfindən dağıdılmış tarixi-mədəni, dini abidələrimizin qiymətləndirilməsi, ümumilikdə işğal nəticəsində respublikamıza vurulmuş ziyanın hesablanması istiqamətində əhəmiyyətli işlər görülüb.

H.Məmmədov sonra vurğulayıb ki, təxribatçı erməni hərbi qulluqçularının və qanunsuz silahlı birləşmə üzvlərinin əsir və girov götürülmüş soydaşlarımıza qarşı törətdikləri cinayətlərə görə cinayət prosessual qanunvericiliyin yaratdığı imkanlar çərçivəsində və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunması istiqamətində də əhəmiyyətli işlər görülüb.

O həmçinin əlavə edib ki, son iki il yarımdan artıq müddət ərzində Baş prokuror Kamran Əliyevin peşəkar rəhbərliyi ilə prokurorluqda aparılan müasir dövrün tələblərinə, vətəndaşlarımızın hüquqlarının qorunmasına yönələn genişmiqyaslı islahatlar nəticəsində prokurorluq cinayət təqibinin həyata keçirilməsi zamanı insanların hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb: 

“Aparılan islahatlar nəticəsində prokurorluq cinayət təqibindən kənar sahədə də insanların hüquqlarının qorunması fəaliyyətini həyata keçirməkdədir. Belə ki, islahatlar çərçivəsində yaradılan cinayət təqibindən kənar icraatlar idarəsinin fəaliyyəti nəticəsində vətəndaşlarımızın inzibati sahədə pozulmuş hüquqlarının müdafiəsi təmin edilməkdədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin