"Rus uçaqları və Rus uşaqları...
Böyük türk şairi Nazim Hikmət kommunist oduğuna görə ömrünün son illərini Sovet İttifaqında keçirməli olub. SSRİ-də Sovet Sülhü Müdafiə Komitəsi vardı. Sovet-Türkiyə münasibətlərinin növbəti dəfə gərginləşdiyi dönəmlərdən birində bu Komitə böyük bir beynəlxaql tədbir təşkil edib, Türkiyəni “günahkar”x9d çıxarmağa çalışıb. Nazim Hikməti də yuxarı başda otuzdurub, hər cür hörmət-izzət göstərərək ondan Türkiyə əleyhinə nitq eləməsini istəyiblər.
Böyük şairin orada söylədiyi söz tədbirə və tarixə möhür kimi yazılacaq sözdür:
“Mənim 5 litr qanım var. Qanımınn hamısını Türkiyənin 1 kvadrat santimetr torpağı naminə axıtmağa hazıram.”x9d
Bu günlərdə rus hərbi uçağının vurulması ilə bağlı Türkiyənin yüzdə yüz haqlı möveyini şübhə altına almağa çalışanları, Moskvadan “molodes”x9d almaq, ölkəmizin rusiyapərəst iqtidarının xoşuna gəlmək üçün yarışa girənləri görüb bunları yazdım".































































































