Moskvada üçtərəfli görüş - Şahin Mustafayev iclasda iştirak edib

Hazırda oxunan: Moskvada üçtərəfli görüş - Şahin Mustafayev iclasda iştirak edib

108246

Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun sayca 11-ci iclası keçirilib. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə Baş nazirin müavini Mger Qriqoryan iştirak edib.

“İclasda tərəflər Rusiya Federasiyasının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də onlar arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması səylərində müsbət rolu qeyd edilib.
Görüş zamanı Azərbaycan Respublikası, Ermənistan Respublikası, Rusiya Federasiyası arasında və regionda dəmir yolunun inşası, dəmir yolu nəqliyyatının inkişafı və daşımaların təşkili məsələləri müzakirə olunub. 

Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər. 

Azərbaycan və Ermənistan tərəfləri görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin