Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatınının (OECD) Parisdəki mənzil qərargahında Avrasiya departamenti tərəfindən təşkil olunan “Avrasiyanın dostları” tədbirində iştirak edib.
Bizim.Media xəbər verir ki, o, iclasda Ermənistan tərəfindən səsləndirilmiş tamamilə yanlış və ittiham dolu çıxışa münasibət bildirib, bölgədəki reallıqlarla bağlı iclas iştirakçılarını məlumatlandırıb.
Səfir ölkəmizin ərazilərinin 30 ilə yaxın müddətdə erməni işğalı altında olduğunu, ölkəmizin 2020-ci ilin payızında öz ərazi bütövlüyünü bərpa etdiyini, üçtərəfli Bəyanatın imzalanması ilə münaqişəyə son qoyulduğunu bildirib.
Qeyd edib ki, Ermənistanın bu Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmir, erməni nümayəndənin bu iclasda səsləndirdiyi iddialar tamamilə yanlışdır.
“Ermənistanın heç bir ərazisi işğal altında deyil. Ancaq Azərbaycanın 8 kəndi hələ də erməni işğalı altındadır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və ümid edir ki, yaxın zamanda rəsmi İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl edəcək, normallaşma istiqamətində müvafiq addımlar atacaq”, - deyə diplomat vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:00 / 06.12.2022
Leyla Abdullayeva Parisdə erməniləri FAKTLARLA SUSDURDU
Hazırda oxunan: Leyla Abdullayeva Parisdə erməniləri FAKTLARLA SUSDURDU
Hazırda oxunan: Leyla Abdullayeva Parisdə erməniləri FAKTLARLA SUSDURDU
108153
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.