Müdafi​​​​​​​ə Nazirliyindən sülhməramlılara: "Toponimlərimiz belə yazılmalıdır" - FOTOFAKT

Hazırda oxunan: Müdafi​​​​​​​ə Nazirliyindən sülhməramlılara: "Toponimlərimiz belə yazılmalıdır" - FOTOFAKT

108132

Azərbaycan Müdafiə Nazirliyi Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.

Müraciətdə xatırlanır ki, “Dağlıq Qarabağ”ın adı “Qarabağ iqtisadi rayonu”, “Mardakert”in adı “Ağdərə”, “Martuni”nin adı “Xocavənd”, “Madagiz”in adı “Suqovuşan”, “Getavan”ın adı “Qozlukörpü” kimi yazılmalıdır.
Qeyd edək ki, Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkov Şuşa ətrafında azərbaycanlı jurnalistlərə müsahibəsində Azərbaycan toponimlərinin düzgün yazılmamasında Rusiyanın Müdafiə Nazirliyini günahlandırıb:

“Azərbaycan toponimlərinə hörmətlə yanaşırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq. Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir. Biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin