“Biz artıq partiyada göstəriş vermişik ki, qanunun 20-ci maddəsinin tələblərinə uyğun olaraq üzvlər telefon və fərdi identifikasiya nömrələrini təqdim etsinlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev “Siyasi partiyalar haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı səsləndirib.
“Fərdi identifikasiya kodu konfidenssialığın pozulması deməkdir. Çünki identifikasiya kodu vasitəsilə vətəndaş hətta evdə oturub, bankdan kredit belə götürə bilər.
Eyni zamanda, qanunvericilikdə fərdi identifikasiya kodu ilə bağlı ciddi müddəlar da mövcuddur. Bununla yanaşı, heç bir partiyanın bu tələbləri yerinə yetirmək, informasiyanın konfidensiallığını qorumaq imkanı yoxdur”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:10 / 06.12.2022
“Partiyaların bu tələbləri yerinə yetirmək imkanı yoxdur” – Qüdrət Həsənquliyev
Hazırda oxunan: “Partiyaların bu tələbləri yerinə yetirmək imkanı yoxdur” – Qüdrət Həsənquliyev
Hazırda oxunan: “Partiyaların bu tələbləri yerinə yetirmək imkanı yoxdur” – Qüdrət Həsənquliyev
108113
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.