Fərid Şəfiyev: "Ermənistan indi səhvlərini anlayır”

Hazırda oxunan: Fərid Şəfiyev: "Ermənistan indi səhvlərini anlayır”

108089

"Ermənistan vaxtı ilə Azərbaycana yuxarıdan aşağı baxırdı. Amma indi səhvlərini anlayırlar. Ermənistan daxilində müəyyən proseslər baş verir. Biz bunları nəzərə almalı, qarşı tərəfin mövcud potensialının artmasının qarşısını almalıyıq".

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə keçirilən "Azərbaycanın xarici siyasət gündəmi" mövzusunda təlimdə deyib.

O bildirib ki, Azərbaycan yeni dövrə qədəm qoyub: "Bu, təkcə postmünaqişə mərhələsi ilə bağlı deyil. Yeni çağırışlar var".
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Şəfiyev: Azərbaycan Kalininqradı “Köniqsberq” adlandırmır və Rusiyadan qarşılıq gözləyir


Mərkəz rəhbəri söyləyib ki, Ukrayna-Rusiya müharibəsi bir sıra məqamlara təsir edir.

"İkinci məsələ İran-Azərbaycan münasibətləri ilə bağlıdır. Həmçinin İran-Qərb münasibətləri, İran daxilindəki durum, nüvə silahı ilə bağlı danışıqlar və pandemiyadan sonra yaranan durum yeni çağırışlara əsas verir. Azərbaycan-Ermənistan sülh danışıqları məsələsi də əsas məsələlərdəndir", - F.Şəfiyev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin