Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bizim.Media xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxildir.
Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Görüşdə 2022-ci ilin də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox uğurlu il olduğu bildirilib, əlaqələrin bütün sahələrdə, o cümlədən hərbi sahədə daha da gücləndiyi vurğulanıb.
Bu baxımdan, hazırda ölkədə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı qeyd edilib. Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirilib.
Azərbaycana səfərinin ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində olduğunu deyən Hulusi Akar ulu öndərin xatirəsinin Türkiyədə daim dərin ehtiramla anıldığını bir daha vurğulayıb.
Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərin inkişafında rolu xüsusi olaraq qeyd edilib və iki dövlət başçısının müəyyənləşdirdiyi qərarlar əsasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi məmnunluqla vurğulanıb.
Hulusi Akarın ölkəyə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:50 / 05.12.2022
Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib - VİDEO
Hazırda oxunan: Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib - VİDEO
Hazırda oxunan: Prezident İlham Əliyev Hulusi Akarı qəbul edib - VİDEO
108009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.