"Türkiyə hərbçilərinin Rusiyanın Su-24 qırıcı təyyarəsini vurması birmənalı olaraq Türkiyə Rusiya münasibətlərinə ciddi təsir edəcək və bundan ən çox əziyyət çəkən Azərbaycan olacaq.xa0
Tarix göstərir ki, Rusiya ən kritik vəziyyətdə toparlanmağı və dünyaya meydan oxumağı bacarır. 1919-cu il Paris sülh konfransı ərəfəsində Rusiya Birinci Dünya müharibəsini uduzmuşdu, ölkədə bolşevik inqilabı baş vermişdi, vətəndaş müharibəsi gedirdi. Bundan başqa bolşeviklərlə döyüşən keçmiş Çar ordusunun qalıqları Kolçakın, Denikinin, Vranqelin başçılığı ilə öz aralarında da bir-birini qırırdılar. Rusiyanın bir dövlət kimi varlığı belə sual altında idi. Ancaq artıq 1920-ci ildə Rusiya ölkədə vətəndaş müharibəsini dayandırdı, Zaqafqaziyanı və Orta Asiyanı da işğal etdi. 1941-ci ildə Hitler artıq Moskvanın bir addımlığında idi və Dünya Rusiyanın bölüşdürülməsini fikirləşirdi. 1945-ci ildə Moskva nəinki öz ərazisini tam bərpa etdi, hətta Avropanın yarısını da öz təsiri altına aldı".
Aslan İsmayılov,xa0tanınmış hüquqşunasxa0

































































































