"Türkiyə Rusiya ilə savaşda tək deyil"

Hazırda oxunan: "Türkiyə Rusiya ilə savaşda tək deyil"

107965
Türkiyə ilk öncə NATO ölkəsidir və Alyansın üzv nizamnaməsinin beşinci maddəsində açıq şəkildə göstərilir ki, əgər hər hansısa bir dövlət NATO -nun üzv dövlətlərinin birinə qarşı hərbi təcavüz edərsə, birbaşa NATO ilə müharibə aparmalı olacaq və belə olan halda 28 üzv dövlətin hər biri digər üzv dövlətlə bərabər savaşa girəcək.xa0

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Fərrux Məmmədov Moderator.az-a açıqlama verərək Türkiyə Rusiya arasında yaranmış son gərginliyə münasibət bildirib.

Politoloq bildirib ki, bu üzv dövlətlərin təhlükəsizliyinin qorunması baxımından olduqca önəmli bir maddədir. Türkiyə NATO, Avropa və Amerika üçün önəmli müttəfiqdir və hər hansı bir proses baş verərsə həmin müttəfiqlərinə dəstək verəcəklər. Qərb yaxşı bilir ki, regionda Türkiyə olmadan nə stabilliyə, nə inkişafa, nə də sülhə nail olmaq mümkündür. Bu baxımdan Türkiyə Rusiya ilə istər siyasi, istər hərbi, istərsə də iqtisadi savaşda tək deyil və heç zaman tək buraxılmayacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin