Ermənistanla Azərbaycan arasında sülh sazişi 2022-ci ildə də bağlanmadı. Halbuki, bu sazişin imzalanması üçün il boyu bir neçə dəfə real imkanlar oldu. Lakin, son anda kimlərsə Cənubu Qafqazda davamlı sülhün olmasını istəmədi. Ortaya müxtəlif təxribatlar salındı. Nəticədə, iki qonşu dövlət arasında soyuq müharibənin ömrü bir qədər də uzadıldı.
Bizim.Media-nın araşdırmasına görə, aşağıda adları çəkilən dövlətlər Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir:
1. İlk ağıla gələn dövlət Fransadır. BMT-nin Təhlükəsizlik Şurasının üzvü, ATƏT-in keçmiş Minsk qrupunun həmsədlərindən biri və özünü ermənilərin ən yaxın dostu kimi göstərməyə çalışan Fransa Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir.
Ona görə ki bu regionda sülhün olması Fransanın Cənubi Qafqaza təsir imkanlarını 0-a endirir. Üstəlik, əzəli rəqib Türkiyənin Cənubi Qafqazda nüfuzu daha da arta bilər.
2. İran da Cənubi Qafqazda sülh istəmir. Çünki, davamlı sülh şəraitində İran regionda həyata keçiriləcək beynəlxalq layihələrdən kənarda qalacaq. Azərbaycanla Türkiyə arasında yeni və perspektivli kommunikasiya xətti gələcəkdə Turan Birliyinin yaradılmasına və Azərbaycanın Avropa ilə Asiya üçün vazkeçilməz bir dövlətə çevrilməsinə səbəb ola bilər. İran isə bəlli səbəblərdən qüdrətli Azərbaycanı görmək istəmir.
3. Rusiya da Cənubi Qafqazda sülhün olmasını istəmir. Çünki, Moskvanın hələlik başı Ukrayna müharibəsinə qarışıb. Ona görə də Kreml Cənubi Qafqaz planlarını hələlik arxa plana keçirib. Rusiya ən azı 2025-ci ilə qədər davamlı sülhü istəmir. Bu da Qarabağdakı sülhməramlıların mandatı ilə bağlıdır.
4. ABŞ da Cənubi Qafqazda davamlı sülhü istəmir. Bu həm Rusiya və Türkiyə faktorları ilə, həm də sülh sazişində əsas söz sahibi ola bilməməsi ilə bağlıdır. Ağ Evdəkilər istəyirlər ki, dünyada istənilən sülh sazişi yalnız ABŞ-ın adı ilə bağlı olsun.
İndiki vəziyyətdə isə Cənubi Qafqaza gələ biləcək sülhdə Vaşinqtonun əsas söz sahibi olmaqdan çox uzaqdır.
5. Hindistan da Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəmir. Bunun da əsas səbəbi “düşmənimin düşməni mənim dostumdur” prinsipidir. Türkiyə-Azərbaycan-Pakistan dostluğu rəsmi Dehlini çox narahat edir. Ona görə də Hindistan nəinki sülhü istəmir, əksinə Ermənistanı silahlandırır və onu Azərbaycanla yeni müharibəyə təşviq edir.
6. Avropa İttifaqının Almaniya, İspaniya kimi aparıcı dövlətləri də bu bölgədə davamlı sülhü istəmir.
Çünki, bu dövlətlərin də region üçün ambisiyaları var. Ən əsası imzalanacaq sülh sazişində onların da “pay sahibi” olmasını istəyirlər.
Məhz böyük dövlətlərin Cənubi Qafqazda toqquşan maraqları Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını daha bir il ləngitdi. Baxmayaraq ki, 44 günlük müharibədən sonra Ermənistanla Azərbaycan arasında imzalanan bəyanatdan 2 ildən artıq vaxt keçir.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:50 / 05.12.2022
Ermənistanla Azərbaycan arasında sülh sazişinə kimlər mane oldu? - ADLAR
Hazırda oxunan: Ermənistanla Azərbaycan arasında sülh sazişinə kimlər mane oldu? - ADLAR
Hazırda oxunan: Ermənistanla Azərbaycan arasında sülh sazişinə kimlər mane oldu? - ADLAR
107933
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.