Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin GÖRÜŞÜ BAŞLADI - FOTO

Hazırda oxunan: Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin GÖRÜŞÜ BAŞLADI - FOTO

107930

Moskvada Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş Rusiya Federasiyası Xarici İşlər Nazirliyində keçirilir.

XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.
Görüşün yekunlarına əsasən, Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planının imzalanacağı gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin