Türkiyənin müdafiə naziri Hulusi Akar bu gün Azərbaycana gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.
Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
Çox böyük ehtimalla Hulusi Akar təlimləri izləmək çün İranla sərhədə gedəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:42 / 05.12.2022
Hulusi Akar Azərbaycan-İran sərhədinə gedəcək
Hazırda oxunan: Hulusi Akar Azərbaycan-İran sərhədinə gedəcək
Hazırda oxunan: Hulusi Akar Azərbaycan-İran sərhədinə gedəcək
107894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.