Sona çatmaqda olan 2022-ci ildə Milli Məclisin İntizam Komissiyası heç bir iclas keçirməyib.
Bunun yaxşı, yoxsa pis olduğunu ayırd etmək bir qədər çətindir. Çünki, İntizam Komissiyası o zaman toplanır ki, deputatların hansısa biri qanuna zidd və yaxud ictimai narazılıq doğuran hərəkət edir.
Məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimovla əlaqə saxladıq.
Bizim.Media-ya açıqlamasında o, bildirdi ki, İntizam Komissiyasının iclasının il boyu iclas keçirməməsində qeyri-adi heç nə yoxdur:
“Deməli, bütün deputatlarımız cəmiyyətin qınağına tuş gələ biləcək, qanunları pozacaq heç bir addım atmayıblar. Eləcə də, parlamentin daxili intizam qaydasını pozan millət vəkilləri də olmayıb. Bu da gözlənilən haldır. Çünki, deputatalar xalqın etimad etdiyi insanlardır. Belə adamların səhv eləmək kimi bir lüksü yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:07 / 05.12.2022
2022-ci ildə deputatlarımız özlərini necə aparıb? – Milli Məclisin İntizam Komissiyasından AÇIQLAMA
Hazırda oxunan: 2022-ci ildə deputatlarımız özlərini necə aparıb? – Milli Məclisin İntizam Komissiyasından AÇIQLAMA
Hazırda oxunan: 2022-ci ildə deputatlarımız özlərini necə aparıb? – Milli Məclisin İntizam Komissiyasından AÇIQLAMA
107873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.