İqor Korotçenko: “Erməni millətçiləri Rusiyanın dağılması mexanizmini işə salıblar”

Hazırda oxunan: İqor Korotçenko: “Erməni millətçiləri Rusiyanın dağılması mexanizmini işə salıblar”

107788

Erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onun arxasında duran Qərb kəşfiyyat xidmətlərinin məqsədi və vəzifəsi rus sülhməramlılarla Azərbaycan ordusu arasında toqquşmaları qızışdırmaqdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında rusiyalı hərbi ekspert İqor Korotçenko yazıb.

“İstəyirlər ki, bu toqquşmalar Rusiya ilə Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişəyə çevrilsin. Sonradan bura Türkiyə cəlb edilsin, NATO ölkələrinin hərbi kontingenti Cənubi Qafqaza daxil olsun. 

Əslində, söhbət hazırda Ukraynada xüsusi hərbi əməliyyat kimi vəzifələri həll edən və bütün hərbi və iqtisadi səylərini bunun üzərində cəmləyən Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılmasından gedir.
Və bütün bunlar ona görədir ki, erməni millətçiləri Qarabağı Azərbaycandan ayırsınlar, orada çürümüş və korrupsioner separatçı administrasiyanı saxlamaq üçün istəklərini həyata keçirsinlər.

Bir vaxtlar erməni millətçiləri artıq SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də Rusiya Federasiyasının dağılması mexanizmini işə salmaq istəyirlər.

Moskva praktiki siyasətində Rusiya ilə Azərbaycan arasında müttəfiqlərin qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin əsas prinsiplərindən çıxış etməlidir. Qarabağ Azərbaycandır! Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyət göstərən erməni separatçılarının rejimi Rusiyanın qətiyyən nə dostu, nə də müttəfiqidir.
Rusiya Federasiyası dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq.

Kaliforniyada isə “Arsax” yaradılmalıdır. Orada şərait, iqlim və demoqrafik vəziyyət kifayət qədər uyğundur. ATƏT-in Minsk Qrupu buna kömək etməlidir”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin