Milli Məclisin növbəti plenar iclasında spiker Sahibə Qafarova ilə deputat Məzahir Əfəndiyev arasında maraqlı dialoq yaşanıb.
Bizim.Media xəbər verir ki, parlamentin iclasında ilk dəfə çıxış etmək istəyən deputat səhv ucbatından danışa bilməyib.
Daha sonra M.Əfəndiyev cari məsələlərlə bağlı çıxış etmək istədiyini, lakin səhv düyməni basdığı üçün bunun alınmadığını bildirib.
Deputat üzürxahlıq edərək sonda ona söz verilməsini xahiş edib. Həmin görüntüləri sizə təqdim edirik:
Bizim.Media