''İnkişaf etmiş ölkələrdə istehsalçılar indi robotlardan geniş istifadə edirlər, biz də bundan istifadə etməliyik. Bir sözlə, ən müasir texnologiyalar, ən son model texnika Azərbaycana gətirilməlidir''
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən belə deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: “Ermənilər görün, nələri özləri ilə aparırlar, sanitar qovşaqlarını”
Prezident bildirib ki, güclü bir qurum yaratmalıyıq, ilk növbədə, onun başlıca vəzifəsi əraziləri minalardan təmizləmək olmalıdır:
''Bizim Dövlət Minatəmizləmə Agentliyimiz ölkə daxilində bütün işləri başa çatdırandan sonra bu təcrübədən istifadə edərək, xarici ölkələrdə də fəaliyyət göstərə, podratçı kimi işləyə bilər.
Beynəlxalq təşkilatlar tərəfindən də bizim bu agentliyin xidmətindən istifadə oluna bilər. Bax, strategiyanı belə qurun.
Yəni, bu, agentliyin gələcək fəaliyyəti üçün uzunmüddətli strategiya olmalıdır. Ancaq qısamüddətli və ortamüddətli strategiya torpaqların minalardan təmizlənməsidir ki, bərpa işləri başlansın və vətəndaşlar tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər''.