“Bizim ürəyimiz sizin yanınızdadır, amma bu istəyə əl uzadan yoxdur. Bizə həm canlı dəstək lazımdır, həm də media dəstəyi. Biz Türkiyədən və Azərbaycandan təcili olaraq bu yöndə kömək gözləyirik”x9d.
Bu sözləri Suriya Türkmən Məclisinin sədri Əbdurrahman Mustafa Moderator.az - a açıqlamasında deyib.
Məclis sədri bildirib ki, son günlər İŞİD-lə mübarizə adı altında Suriyanın Türkiyəyə bitişik Bayırbucaq ərazisində yaşayan türkmənləri qurudan Bəşər Əsəd ordusu, havadan Fransa və Rusiya hərbi hava qüvvələri atəş altında saxlayır: xa0
“Suriyalı türkmənlər belə bir ağır durumda Türkiyədən, Azərbaycandan və ümunəm Türk dünyasından yarım gözləyirlər. Suriya türkmənləri Azərbaycandakı və Türkiyədəki türkləri, Fələstin, Livan, və İraq türkmənlərini özlərinin bir parçası kimi qəbul edirlər. Bizim ürəyimiz sizin yanınızdadır, amma bu istəyə əl uzadan yoxdur. Bizə həm canlı dəstək lazımdır, həm də media dəstəyi. Biz Türkiyədən, Azərbaycandan təcili olaraq bu yöndə kömək gözləyirik. Sayımızın üç milyondan artıq olmasına baxmayaraq, bizi hələ də duymurlar. Həqiqətən türk millətinin işi hər zaman çətindir. İraqda da belə olduq, Tanrı millətimizin köməyi olsun və bu bəlalardan tezliklə qurtaraq”x9d.
Qeyd edək ki, bölgədən gələn həyəcanlı xəbərlərdə çoxsaylı dinc insan tələfatı olduğu bildirilir.
Rumiyyə


































































































