“Dələduzluq hallarının sayı baş alıb gedir” – Çingiz Qənizadə kimi nəzərdə tutur? 

Hazırda oxunan: “Dələduzluq hallarının sayı baş alıb gedir” – Çingiz Qənizadə kimi nəzərdə tutur? 

107535

“Ölkədə dələduzluq cinayətlərinin artımı baş alıb gedir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.

Hüquq müdafiəçisi qeyd edib ki, son dönəmlərdə  bir sıra cinayətlərə görə, dekriminallaşdırma, yəni həbs qətimkan deyil, digər daha yüngül cəzaların tətbiqinə üstünlük verilir:

“Eyni zamanda dələduzluq əməlini törədənlər barəsində də həbs qətimkan tədbirlərinin seçilməməsi ilə bağlı addımlar atıldı.  Adətən dələduzlara qarşı cəza tədbirləri ilə bağlı iki fərqli istiqamətdə fikirlər mövcuddur:

Birincisi, dələduzların istintaq zamanı azadlıqda qalıb, vurduqları zərərin ödənilməsinə şərait yaradılması.

İkincisi, cəmiyyətin böyük əksəriyyətinin fikrincə, dələduzluq əməli törədən şəxslər həbs edilərsə, onun ailəsi, yaxınları zərərin ödənilməsini qısa zamanda təmin edəcəklər”.

Çingiz Qənizadənin qənaətinə görə, dələduzluq nəticəsində dəymiş zərərin miqdarının 5 min manatdan yüksək olması o qədər də önəmli faktor deyil:
 

“Əgər dələduzlar hansısa vətəndaşı aldadıb, 500-1000 manatını belə ələ keçiriblərsə, bununla  bağlı da ciddi ölçü götürülməlidir. Çünki bu kateqoriyadan olan cinayətlərin böyük sürətlə artımı müşahidə olunur. Prosesin bu cür davam edərsə, sonda dələduzluq cinayətlərinin qarşısının alınmasında çətinlik çəkəcəyik.


Lakin bir şeyi də qeyd edim ki, məqsədə nail olmaq üçün inzibati resurslardan istifadə heç də həmişə qənaətbəxş olmur. Ona görə də, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, televiziyalarda, mətbuatda cəmiyyət tərəfindən qəbul edilən ziyalıların, mütəxəssislərin (cəmiyyətin gözündə dəyəri olmayıb, özünü ekspert sayanlar deyil) fikirləri dərc olunmalıdır. Yəni, inzibati və maarifləndirmə rıçaklarının paralel olaraq gücləndirilməsi vacibdir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin