Daha doğrusu, baş elmi redaktoru Z. Səmədzadə olan "Azərbaycan iqtisadiyyatının aktual problemləri" adlı bu kitabın Azərbaycan İqtisadçılar İttifaqı və "İqtisadiyyat" qəzetinin kollektivi tərəfindən hazırlandığı iddia olunur.
Kitabı hədəfə gətirən məqamsa onun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası akademik Əhməd Mahmudovun 91 illiyinə həsr edilməsidir. Oxuculara 2014 - cü ildə nəşr olunan və 384 səhifədən ibarət olan bu kitabın elmi redaksiya heyətinə diqqətlə baxmağı və orada adı - soyadı göstəriləınlərin kimliyini özləri üçün müəyyənləşdirməyi təıklif edirik.
Ola bilsin bu gün həmin şəxslərdən kimsə adlarının onların xəbəri olmadan ora salındığını iddia etsinlər. Amma cəmisi bir il əvvəl həmin kitaba adlarını saldırmaq üçün kimlərəsə minnətçi də düşə bilərdilər...
Buraxılış üçün məsul şəxslər də özgə adamlar deyil. Biri iqtisad üzrə fəlsəfə doktoru, Əhməd Mahmudovun qızı Elmira Mahmudova, digəri isə "İqtisadiyyat" qəzetinin baş redaktoru olan Aytən Ziyad qızı Səmədzadədir...




























































































