Siyavuş Novruzovdan Rusiyaya TƏNQİD – “Xəritələri oğurlamağın mənası nədir?”

Hazırda oxunan: Siyavuş Novruzovdan Rusiyaya TƏNQİD – “Xəritələri oğurlamağın mənası nədir?”

107457

“Bir neçə gün əvvəl Rusiya xarici işlər naziri həqiqətlərdən yox, içərisindəki erməni yanğısından danışırdı. Qeyd edirdi ki, biz ermənilərə vaxtında “bunu belə edin” demişdik. Bu xarici işlər nazirinə uyğun danışıqdır?” 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov səsləndirib. 

“İndi Madrid prinsiplərini, mərhələli həll yollarını yada salırlar. İkinci məqam, Rusiya XİN rəhbəri deyir ki, onlar nə müzakirə edirlər, onsuz da xəritələr bizdədir. Xəritələri oğurlamağın mənası nədir, çıxarın verin, bu məsələ öz həllini tapsın.

Sən nəyi gizlədə bilərsən? SSRİ dağıldıqda hansı sərhədlər olubsa, indi də delimitasiya həmin xəritələrə uyğun aparılacaq”, - deyə deputat əlavə edib. 

“Səhər Rusiya parlamenti də Fransa kimi qərar verərsə, biz təəssüf etməyək deyə, indidən bu yöndə tədbirlər görüb, öz sözümüzü deməliyik”, - deyə Siyavuş Novruzov vurğulayıb. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin