Spikerdən Fransaya SƏRT CAVAB – “Bu, siyasi riyakarlıqdır” 

Hazırda oxunan: Spikerdən Fransaya SƏRT CAVAB – “Bu, siyasi riyakarlıqdır” 

107444

“Fransa Senatının 15 noyabrda qəbul etdiyi qətnamədən sonra bu ölkənin Milli Assambleyası da noyabrın 30-da növbəti qeyri-obyektiv, qərəzli qətnaməni qəbul etdi”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ


“Bu cür çirkin niyyətli siyasi aksiya ərazi suverenliyimizə qarşı olmaqla yanaşı, beynəlxalq hüquqa da zidddir. Fransa Milli Assambleyasının bu qətnaməsini qəti şəkildə rədd edib, siyasi riyakarlıq kimi qiymətləndiririk. Qəbul edilən bu qətnamələr Fransa qanunverici orqanlarının sisyasi avantüra meydanına çevrildiyini göstərir.

30 illik işğal müddətində sülh cəhdlərinin nəticə verməməsinin əsas səbəbləri işğalçının öz adı ilə çağrılmaması, Fransa kimi vasitəçilərin prosesə doğru qiymət verməməsidir. Fransanın bu addımları sülh gündəliyinə böyük zərbə vurur”, - deyə Sahibə Qafarova əlavə edib. 

Spiker vurğulayıb ki, Fransa hakimiyyəti Azərbaycan və Ermənistan arasında sivil münasibətlərin qurulmasına mane olmaqdan əl çəkməlidir. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin