Ceyhun Bayramov: “Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minalar yerləşdirməyə davam edir”

Hazırda oxunan: Ceyhun Bayramov: “Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minalar yerləşdirməyə davam edir”

107386

“İşğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirdiyi minalarla çirklənməsi yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına əsas maneədir”. 

Bizim.Media xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov bildirib.  

"Təəssüf ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra 267 nəfər mina qurbanı olub. 35-i mülki şəxs olmaqla 45 nəfər həlak olub. Ermənistanın Azərbaycana işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini təqdim etməməsi yeni ölüm və xəsarətlər gətirir. Bütün mina hadisələrinin təxminən 55 faizi Ermənistanın heç bir mina sahəsi rekordu olmayan ərazilərdə baş verib”,-deyə nazir qeyd edib.  

XİN rəhbəri bildirib ki, Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları yerləşdirməyə davam edir: “Son zamanlar Azərbaycan ərazisində 350 mina aşkar edilib.

Rusiya sülhməramlı qüvvələrinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək, sözügedən mina sahəsinə baxış keçiriblər. Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistan istehsalı olan 2 728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə köçürülüb. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş yoldan açıq-aşkar sui-istifadədir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin