Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və hökumət nümayəndələrinin, həmçinin BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərlərinin iştirakı ilə videoformatda görüş keçirilib.
Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, görüşdə Nazirlər Kabinetinin Aparatı tərəfindən Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə məlumat verilib.
BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə bağlı təşəbbüsünə dair müzakirələrin vacibliyi qeyd edilib.
BMT-nin Ölkə üzrə İdarə Heyətindən bildiriblər ki, məlum hadisələrlə əlaqədar Azərbaycanda zərər görmüş insanların ehtiyaclarının qiymətləndirilməsi, hökumətin onlara yardım göstərmək istiqamətində səylərinin dəstəklənməsi məqsədilə müvafiq humanitar yardım göstərməyə hazırdırlar. Vurğulanıb ki, bu yardım ərzaq təhlükəsizliyi, səhiyyə, təhsil, təhlükəsizlik, minalardan təmizləmə, həmçinin psixo-sosial dəstək sahələrini əhatə edə bilər.
Bizim.Media