“Qərb PKK filmi ilə Azərbaycan-Türkiyə münasibətlərini test etmək istəyir” - Tofiq Zülfüqarov

Hazırda oxunan: “Qərb PKK filmi ilə Azərbaycan-Türkiyə münasibətlərini test etmək istəyir” - Tofiq Zülfüqarov

107298

“Almaniya səfirliyi və Aİ ölkəmizdəki nümayəndəliyi Azərbaycanda anti-Türk filmini nümayiş etdirmək cəhdi təsadüfi deyil”.

Bizim.Media-ya açıqlamasında bunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov söyləyib.

O, əlavə edib ki, Qərb bu cür variantlardan tez-tez istifadə edir:

“Bildiyimiz kimi Almaniyada çoxmilyonlu türk diasporası var. Və onlar Almaniyanı ictimai-siyasi həyatında önəmli yerə sahibdirlər. Eləcə də, digər Avropa ölkələrində də türklər geniş maddi və siyasi imkanalara malikdirlər. Bu adamları daim təsir altında saxlamaq üçün belə üsullardan davamlı şəkildə istifadə olunur.
 

MÖVZU İLƏ BAĞLI:

“Laçın dəhlizində postlarımızın qurulması kifayətdir” – Tofiq Zülfüqarovdan ÇÖZÜM


Yəni, Aİ və Almaniya bu cür “sosial” layihələri həm Avropadakı çoxmilyonlu türkləri, həm də Türkiyə dövlətini basqı altında saxlamağa çalışır.

İlk baxışdan elə təsəvvür yaranır ki, bu film kürdlərin azadlıq istəyinin təbliğinə yönəlib. Amma əslində burda hədəf PKK, YPG kimi terror təşkilatını Türkiyənin üzərinə səfərbər etməkdir. Bununla da Türkiyənin günbəgün artan gücünə zərbə vurmaq istəyirlər. Həm də Türkiyə dövlətini Qərbdəki türk diasporasının gücündən məhrum etməyə çalışırlar”.

Tofiq Zülfüqarov bu məsələdə Azərbaycanın seçilməsinin də təsadüf olmadığını bildirdi:

“Qərb bununla sanki, Azərbaycan-Türkiyə münasibətlərini test etmək istəyirdi. Gördükləri reaksiya isə Qərb üçün çox gözlənilməz oldu”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin