Fərid Şəfiyev: Azərbaycan Kalininqradı “Köniqsberq” adlandırmır və Rusiyadan qarşılıq gözləyir

Hazırda oxunan: Fərid Şəfiyev: Azərbaycan Kalininqradı “Köniqsberq” adlandırmır və Rusiyadan qarşılıq gözləyir

106939

“Azərbaycan Rusiyanın Kalininqrad regionunu “Köniqsberq” adlandırmır və bu səbəbdən də qarşı tərəfin Azərbaycan toponimlərindən istifadə etməsini gözləyir”.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Twitter“də bildirib.

O qeyd edib ki, burada əsas məsələ Rusiya Müdafiə Nazirliyi tərəfindən Qarabağdakı yaşayış məntəqələrinin adlarının Azərbaycanın rəsmi toponimlərinə uyğun qeyd olunmasının zəruriliyidir.
Fərid Şəfiyev vurğulayıb ki, burada 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə də xüsusilə nəzərə alınmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin